Bakı Ali Neft Məktəbinin ilk tələbələrinə şad xəbər
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə məktəbin rektoru Elmar Qasımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 600-dən çox bal toplamış 234 abituriyentdən 115-i (45,4%-i), orta məktəbi medalla başa vuran 138 abituriyentdən 11-i, I ixtisas qrupu üzrə 690 bal toplamış iki abituriyentdən biri məhz bu məktəbə daxil olub.
Rektor qeyd edib ki, ümumilikdə Bakı Ali Neft Məktəbinə daxil olan tələbələrin topladıqları orta bal 631,1 olub. Məktəbə qəbul olan tələbələrin ümumi sayından 23-ü rus bölməsində, 98-i isə Azərbaycan bölməsində təhsil alacaq. Qəbul olanlardan 31-i qızdır. Onlardan 8-i «Neft-qaz mühəndisliyi» ixtisasını, qalanları isə «Kimya mühəndisliyi» ixtisasını seçib.
E.Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinə ilk tələbə qəbulunun nəticələrindən razı qaldığını bildirib: “Məktəbdə təhsil beş il müddətinə ödənişsiz əsasda aparılacaq. Məktəbə daxil olan tələbələrin ümumi sayından 78 nəfəri Bakıdan, 8-i Sumqayıtdan, 6-sı Naxçıvandan, digərləri isə ölkənin başqa regionlarındandır. Bakıdan kənarda yaşayan tələbələr hər cür şəraiti olan yataqxana ilə təmin ediləcəklər”.

4232