Sahibkar 1,8 min manat cərimələndi
Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176 A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində düşes limonadlarının reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı, habelə istehsal edilən sərinləşdirici içkilərin istehlaka yararsız olduğu aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Mirağa Mehdiyevə 1,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

1213