![Ermənilər və gürcülər kür çayını həddindən artıq çirkləndirib](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Ermənilər və gürcülər kür çayını həddindən artıq çirkləndirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 22.7 m3/san azalaraq 74.5 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 2, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri isə 4 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.42-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Oxşar yazılar
![Bu rayonlarda qaz kəsiləcək](https://lent.az/storage/news/2024/june/25/big/667a5303d6e73667a5303d6e741719292675667a5303d6e6c667a5303d6e70.jpg)
Bu rayonlarda qaz kəsiləcək
25 iyun 2024 , 09:17![Üç bürcün istəkləri iyunun sonuna qədər yerinə yetiriləcək - Şanslılar AÇIQLANDI](https://lent.az/storage/news/2024/june/23/big/66783a4f6a72266783a4f6a723171915527966783a4f6a71c66783a4f6a71f.jpg)
Üç bürcün istəkləri iyunun sonuna qədər yerinə yetiriləcək - Şanslılar AÇIQLANDI
25 iyun 2024 , 09:09![İyunun 25-nin ULDUZ FALI: Cazibəniz insanları cəlb edəcək](https://lent.az/storage/news/2024/june/24/big/667948c8536b0667948c8536b21719224520667948c8536aa667948c8536ad.jpg)
İyunun 25-nin ULDUZ FALI: Cazibəniz insanları cəlb edəcək
25 iyun 2024 , 00:16![Lent.az-ın 16 yaşı tamam olur](https://lent.az/storage/news/2024/june/24/big/66796caab143566796caab1437171923370666796caab142e66796caab1431.jpeg)
Lent.az-ın 16 yaşı tamam olur
25 iyun 2024 , 00:00![Yeni güclü maqnit qasırğası XƏBƏRDARLIĞI](https://lent.az/storage/news/2024/june/24/big/6679341780fb76679341780fb917192192236679341780fb06679341780fb4.jpg)
Yeni güclü maqnit qasırğası XƏBƏRDARLIĞI
24 iyun 2024 , 20:15![Türbə kimi şəhid məzarları, maketə edilən toylar, yoxsa vahid standart?](https://lent.az/storage/news/2024/june/24/big/66797e4bd0b4766797e4bd0b48171923821966797e4bd0b4466797e4bd0b46.bmp)
Türbə kimi şəhid məzarları, maketə edilən toylar, yoxsa vahid standart?
24 iyun 2024 , 18:13![Azərbaycanda oxuyub yaza bilməyən şagirdlərin SAYI](https://lent.az/storage/news/2024/june/24/big/6679791c6ee4e6679791c6ee4f17192368926679791c6ee476679791c6ee4b.jpg)
Azərbaycanda oxuyub yaza bilməyən şagirdlərin SAYI
24 iyun 2024 , 17:49![Rezidenturaya qəbul imtahanının NƏTİCƏLƏRİ](https://lent.az/storage/news/2024/june/24/big/6679610a647db6679610a647dd17192307306679610a647d56679610a647d8.jpg)