250 yeniyetmə əsgər forması geydi -FOTO
13 avqust 2012 11:49 (UTC +04:00)

250 yeniyetmə əsgər forması geydi -FOTO

Lent.az-ın məlumatına görə, “Şahinlər” hərbi-vətənpərvərlik təmayüllü düşərgədə Səbail rayonunda olan məktəblilər yay istirahəti keçirib. Yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin bağlanış mərasimi olub. Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Ombudsman Elmira Süleymanova, DİN Daxili Qoşunların Qərargah rəisinin Birinci müavini, general-mayor Şahin Məmmədov, “Çağ” Öyrətim Şirkətinin Prezidenti Ənvər Özərən uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları və uşaqların tərbiyəsi işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim ediblər. Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid, müxtəlif hərbi təlimlər və istirahət dövründə öyrəndiklərini nümayiş etdirib. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, düşərgəyə Səbail rayonunun Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan ümumilikdə, 250 nəfər uşaq aparılıb. Onlar üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü, ödənişsiz “Şahinlər” yay istirahət düşərgəsi 2 həftə davam edib.

Düşərgə artıq 7-ci dəfədir ki təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2969

Oxşar yazılar