İsti hava şəraiti davam edəcək
12 avqust 2012 00:10 (UTC +04:00)

İsti hava şəraiti davam edəcək

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 22-27, gündüz 34-38 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 37-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-18, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Avqustun 12-də ölkə ərazisində günəşli, isti hava şəraitinin davam edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2553

Oxşar yazılar