Baytarlıq Xidməti ət satanları yoxladı - FOTO
11 avqust 2012 12:30 (UTC +04:00)

Baytarlıq Xidməti ət satanları yoxladı - FOTO

Avqustun 11-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Bakı şəhər ərazisində fəaliyyət göstərən bir neçə ət qəbulu məntəqəsində, bazarlarda (o cümlədən Təzə bazar, 8-ci km bazarı, Keşlə bazarı, Dərnəgül topansatış ət məntəqəsi), eləcə də Bakı kinoteatrı yaxınlığında təşkil olunan yarmarkada qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədilə reyd keçirib. Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin Lent.az-a verdiyi məlumata görə, reydin keçirilməsində məqsəd havaların isti keçməsi ilə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasıdır.

Səhər saat 4-5 radələrində başlanan tədbir zamanı adları çəkilən obyektlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan gətirilən heyvan və heyvan mənşəli məhsulların baytarlıq sənədləri əsasında gətirildiyi aşkar olunub.

Onu da qeyd edək ki, reyd zamanı rast gəlinən kiçik nöqsanların aradan qaldırılması baytar mütəxəssislərindən tələb edilib və lazımi tövsiyələr verilib. Belə reydlərin davan etdirilməsi nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bir daha bildirir ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasına nəzarət olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1261

Oxşar yazılar