Çaylarımızdakı vəziyyət açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında 60-90, Naxçıvan MR çaylarında isə 105-110 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 82 m3/s, ongünlük normanın 62 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 102 m3/s və ongünlük normanın 77 faizini təşkil edib. Avqustun 6-dan başlayaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 61 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə çox olmaqla 127 m3/s təşkil etmiş və ongünlük normanın 183 faizinə bərabər olub.
Avqustun 6-dan başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 sm, Şirvanda 7 sm, Salyanda 17 sm, Araz çayının Novruzlu məntəqəsində 6 sm azalma, Bankədə isə avqustun 10-da 2 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 335 sm (2011-ci il avqustun 10-da 411 sm), Şirvanda 202 sm (2011-ci il avqustun 10-da 290 sm ), Salyanda 150 sm (2011-ci il avqustun 10-da 288 sm), Bankədə 220 sm (2011-ci il avqustun 10-da 242 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2011-ci il avqustun 10-da 134 sm) təşkil edir.

690