Bakı ətrafında daha bir yeni yol salınır - FOTO
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi davam etdirilir. Lent.az-ın “Azəryolservis” ASC-nin saytına istinadən verdiyi məlumata görə, yeni tikintisinə başlanılan Buzovna-Mərdəkan-Qala avtomobil yolunun ümumi uzunluğu 12,6 km, 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Yol boyu tikinti altına düşən çoxlu sayda maneələr – bağ sahələri, yaşayış evləri mövcuddur. Hazırda həmin maneələrin və eyni zamanda qaz, su, elektrik, rabitə xətlərinin köçürülməsi işləri gedir. Layihə üzrə işlər 2 hissə üzrə aparılır. Birinci hissənin uzunluğu 7 km, ikinci hissə isə 5,6 km təşkil edir.
Bu ilin payız aylarında yolun 4,2 km-lik hissəsinin başa çatdırılması planlaşdırılır. Ümumilikdə yolun 2013-cü ildə istismara veriləcəyi gözlənilir.

1347