Günəşli sakinlərinə şad xəbər: su fasiləsiz veriləcək
10 avqust 2012 15:39 (UTC +04:00)

Günəşli sakinlərinə şad xəbər: su fasiləsiz veriləcək

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, abunəçilərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədi ilə yeni layihələr həyata keçirilir.

Bu məqsədlə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində yeni pilot layihənin icrasına başlanıb. Pilot layihə çoxmərtəbəli yaşayış binalarının fasiləsiz rejimdə içməli su ilə təchiz edilməsini nəzərdə tutur. Layihəyə əsasən Yeni Günəşlinin “Q” yaşayış massivində 27 ədəd doqquzmərtəbəli binanın su təchizatı sistemi yenidən qurulacaq. Bu məqsədlə müxtəlif diametrli borularla 1280 metr uzunluğunda paylayıcı su xətləri çəkiləcək. Binadaxili su xətləri polietilen borularla yenilənərək su sayğacları ilə birgə pilləkən qəfəslərinə çıxarılacaq. Pilot layihə üzrə tikinti-quraşdırma işləri tam başa çatdıqdan sonra 4200-dək sakinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Uzun illər içməli suyu fasiləli rejimdə su alan sakinlər dayanıqlı su ilə təmin olunacaq. Yeni layihə çərçivəsində magistral və binadaxili su xətlərinin yenilənməsi qəza hallarının və su itkilərinin qarşısı almaqla içməli suya qənaət etməyə imkan verəcək. Sayğacların pilləkən qəfəslərinə çıxarılması isə onların oxunmasını asanlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar