Hər ixtisas qrupu üzrə 25 nəfərə Prezident təqaüd veriləcək
10 avqust 2012 12:03 (UTC +04:00)

Hər ixtisas qrupu üzrə 25 nəfərə Prezident təqaüd veriləcək

“Hər bir ixtisas qrupu üzrə 25 nəfərə Prezident təqaüd veriləcək”. Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Komissiya sədrinin sözlərinə görə, təqaüdün məbləği abituriyentin topladığı baldan asılı olaraq dəyişəcək: “Bu ilki qəbul imtahanlarında yüksək - 680-700 bal toplayan tələblərin təqaüdü digərlərindən fərqlənəcək”.

TQDK sədri abituriyentlərə müraciət edərək bildirib ki, abituriyentlər ali məktəblərə 15 ixtisas seçə bilərlər: “Gənclərimiz 15 ixtisasın hamısını seçsələr, bu, onların xeyirinədir. Bu, abituriyentlərin ali məktəbə qəbul olmaq şansını artırır”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar