40 dərəcə isti olacaq
10 avqust 2012 00:10 (UTC +04:00)

40 dərəcə isti olacaq

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 32-36 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəldikdə isə
avqustun 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, avqustun 12-də bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 25-30 dərəcə isti olacaq.


Qeyd edək ki, avqustun 10-dan 12-si gündüzədək Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar