Gənc mütəxəssislər üçün xarici klinikalarda ixtisasartırma kursları təşkil edilir
09 avqust 2012 14:47 (UTC +04:00)

Gənc mütəxəssislər üçün xarici klinikalarda ixtisasartırma kursları təşkil edilir

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində səhiyyənin prioritet sahələri üzrə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə 2012-ci il ərzində Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq.

Kurslarda iştirak etmək istəyən ən azı 3 il iş stajı və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən mütəxəssislər (Bakı şəhəri üzrə) bir ay müddətində Səhiyyə Nazirliyinə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339

Oxşar yazılar