“May ayının 18-dən sonra aparılan testlərdə müsbət nəticə artaraq yüksəlib və 6 faizə çatıb”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, bəzi günlərdə testlərdə müsbət nəticə 9 faizə qədər də yüksəlib: “İlkin dövrlərlə müqayisədə, bu göstərici 0,7 faizdən 9 faizə çatıb. Bu, yoluxmanın səviyyəsinin kifayət qədər yüksək olmasının nəticəsidir. Biz bir çox ölkələrdə yoluxmanın yüksək səviyyəsinin acı nəticələrini gördük. Bu məsələnin hər hansı tibbi yolu yoxdur, xəstəlik nəzarət altında saxlanmazsa, sürətlə yayılar və tibb müəssisələri bunu nəzarətdə saxlamaq üçün yetməz”.