Türkiyə Qırmızı Aypara Cəmiyyəti (Türk Kızılay) növbəti dəfə Azərbaycana dəstək göstərib.
Lent.az-ın məlumatına görə, bununla bağlı qurumun sosial şəbəkə hesabında bildirilib ki, Azərbaycana kömək üçün 4 TIR göndərilib və 10 nəfərlik heyət bu yardımın ehtiyac sahiblərinə çatdırılması ilə məşğuldur.
Qurum sosial şəbəkə hesabında Azərbaycan türkcəsində çağırış yerləşdirib: “Vaxt qardaşa köməklik vaxtıdır!"
Ardınca isə Türkiyəni dəstəyi davam etdirməyə səsləyib: "Göstər qardaşlığını Türkiyə!"
Qeyd edək ki, paylaşımda yer alan şəkildəki məlumatlardan bəlli olur ki, Türkiyə Qırmızı Aypara Cəmiyyəti artıq 5 500 azərbaycanlıya yardım edib.