"Sərnişin tələbatının qarşılanması üçün ehtiyat avtobuslar cəlb edilib" - BNA
20 oktyabr 2020 17:32 (UTC +04:00)

"Sərnişin tələbatının qarşılanması üçün ehtiyat avtobuslar cəlb edilib" - BNA

"Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub".

Lent.az-a bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, avtobuslar zərurət olduqca daşımalara cəlb olunacaq:

"Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir.

Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar