“Kraliça”nın hekayəti: “Qadınlardan biri qolumdan tutub sürüdü, kameranın qapısı şaqqıltı ilə bağlandı...” – IX BÖLÜM
17 iyul 2020 20:15 (UTC +04:00)

“Kraliça”nın hekayəti: “Qadınlardan biri qolumdan tutub sürüdü, kameranın qapısı şaqqıltı ilə bağlandı...” – IX BÖLÜM

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

 

 

Əvvəli: https://lent.az/news/362930

 

9-cu hissə

 

Tinə çatanda iki nәfәr yaxınlaşdı. Ruba onların qabağından düz getdi, һeç arxaya da boylanmadı. Mәn isә hərif kimi, әlimdәkini ata bilmәdim, çaşdım; o vaxtlar hələ nanay idim. Elә pulqabı әlimdә, qabaqlarına salıb apardılar düz 26-lar rayonunun milisinə. Nə başınızı ağrıdım, əlimdә pulqabı - “qamanyok” öz ayağımla, lap mal kimi, girdim içәri. Onca dəqiqəyə kaşelyoku sәnәdlәşdirdilәr - içində bir alәm pul varmış.

 

Şәklimi çәkdilәr, barmaqların izini götürmәk üçün, “pianino” elәdilәr. Gücüm nәyә çatırdı ki? Aerokassanın qabağından, düz kameraya girәnә kimi, zır-zır ağladım. Gözlərimdәn elә yaş gedir ki, gәl görәsәn... Uşağım düşmüşdü yadıma, һönkürür, özümü oxşayıb, ağlayırdım. Apardılar məni “qorotdel”ә. Orda gördüm bu milislərin görməmişliyini! Yetən yanbızımdan çimdik götürmək istəyirdi, duyuq düşәn kimi, səsimi başıma atırdım ki, bəs, mənə dəyməyin, mәn oğruyam, bu dəqiqə rəisə deyərəm, yaxşı olmaz sizinçün! Qeyzlə, çığıra-çığıra dediyim sözlәri eşidәn kimi çəkinirdilәr. Onda oğruların elә “qorotdel”dә dә hörməti vardı, bilirdilәr ki, alçaq hərəkətlərinə görә onlarla haqq-һesab çəkәn mütləq olacaq.

 

İlk iki günü, allaһ bilir, kamerada nәlәr yaşadım. Yanıma gələn də yox idi, elә bilirdim, yoldaşlarım mәni atıb. Üçüncü gün axşamtәfi “peredaça” gәldi; dedilәr ki, Sabir bağından, “obşak”dan gәlib. Mәktub da yazmışdılar. Deyirdilәr ki, naraһat olma, çalışıb, qurtaracağıq səni. “Peredaça”nı görəndən sonra ürәyim yerinә gәldi, özümә inamım artdı. Başa düşdüm ki, darda qoymayacaqlar mәni, kefim lap düzәldi. Bir cavan müstəntiqim vardı, mənə qır-saqqız olmuşdu ki, de görüm, pulqabını kim aparıb? Mәn dә, nırx deyib, sözümün üstündә durmuşdum. Hamıya deyirdim ki, özüm aparmışam, vəssalam. Neçә dәfә Rubanın adını çәkdi, dedi ki, sәn burdasan, amma rәfiqәlәrin kef eləyir, heç veclərinə də deyil. Onların adını ver, sәni buraxaq...

 

Bu minvalla, yeddi gün qaldım “qorotdel”dә, sәkkizinci gün apardılar Şüvәlan türmәsinә. Yol boyu “voronok”un (dustaq maşını) balasa qәfәsindә oturub fikirlәşirdim ki, görәsәn, məni nә gözləyir? Qorxu yaman dolmuşdu canıma, amma heç büruzә vermirdim. Ürəyimin tıppıltısı gicgaһlarımda səslənirdi, başım һәyәcandan az qalırdı çatlaya; elə bilirdim ki, ürəyimin vurmağını kənardakılar da eşidir... 

 

“Statya”m 1/1 idi, müstәntiqim dә demişdi ki, iyirmi beş il iş göstәrir o maddә. Eşidәndә məni dәһşәt basmışdı - indiyә kimi yaşadığım ömurdәn az qala on il dә artıq iş kәsә bilərdilәr. Oğurlamadığım pulqabının, götürmədiyim pulların badına gedirdim. Kələgil çox çalışmışdılar mәni qurtarsınlar, amma adamınkı gətirməyəndə gətirmir, iş tәrsә düşmüşdü, elә bir mәblәğ istәmişdilәr ki, qısa zamanda Sabir bağından һeç cür yığıb-düzəldə bilmәzdilər. Odur ki, əlim hər yerdən üzülmüşdü, daһa ümid elәyәsi bir şey qalmamışdı...

 

Məni içəri qәbul elәdilәr, arxamca ağır dәmir qapıların şaqqıldayıb bağlandığını görәndә gözlәrim qaraldı, yıxılmamaq üçün mәһәccәrdәn yapışdım. Gözümün yaşı zәһrimar da heç dayanmaq bilmirdi. Kənardan baxanın mənə lap yazığı gәlərdi - yaşım da az, özüm dә elә uşağa oxşayırdım. Şüvәlan turmәsindә olanlar ilk dəqiqələrin sıxıntısını yaxşı bilər... 

 

Dustağı qәbul elәyәndәn sonra hәyәtdәn keçirib, korpusa aparırlar. Hәyәt isə yam-yaşıl bağ kimiydi onda. Bax, һәmin o həyәtdәn keçәndә, özumü birtəhər əlә aldım. Dodağımı qançır olana kimi dişlәyib, öz-özümə dedim ki, kameraya mütləq oğru kimi girməlisən, Fatma, bundan o tərəfi yoxdur! Yaşım az da olsa, qanırdım ki, bütün taleyim mәһz elә ilk dәqiqәlәrdə özümü neçә aparacağımdan asılıdır...

 

Korpusun içәrisindәn keçәndә, çöldәki yaşıllıqdan, aydınlıqdan әsәr-әlamәt yox idi. Zalım uşağı uzun dәһlizlәrә işıq da salmamışdılar, elә bil ki, mәqsәdlәri tәzә gәlәnlərin ürәyini sıxmaq, onları ölüncə qorxutmaq idi. İtәlәyib saldılar mәni dәһlizin başındakı otağa. Növbәtçi qadın һәr yerimi yoxladı, sonra da qucağıma yorğan-döşәyimi, әlimә dəmir “krujka”mı verib, “birbaş kameraya” - dedi.

 

Dәһlizdә özümü nә qәdәr ürәkli aparmağa çalışsam da, kameranın qapısı açılanda qorxdum, içәri girmәk istәmәdim, müqavimәt göstәrməyə çalışırdım. Mәnә elә gәlirdi ki, tabe olmasam, çabalasam, taleyimi dәyişә bilәrәm. Amma tәbii ki, һeç bir şeyә nail olmadım, arxadan növbәtçi itәlədi, içәridəki qadınlardan biri dә qolumdan tutub, çәkdi və kameranın qapısı şaqqıltı ilə bağlandı.

 

Yorğan-döşәyim qoltuğumda, tәxminәn beş dәqiqә dimdik qaldım, ayaq üstə. Addımımı ata bilmirdim, yaman çaşmışdım; elə bilirdim, yerimdən tərpənsəm, ürəyim gedəcək. O qədər çaşmışdım ki, qazamat һәyatı barәdә bütün öyrәndiklәrim yadımdan çıxmışdı, bilmirdim özümü necә aparım. Dәrsini bilmәyәn uşaqlar kimi, döyükə-döyükə әtrafıma baxır, içәridәki camaatı gözdәn keçirirdim.

 

Yaman çox idilər. Amma bayaq qolumdan tutub mәni it kimi sürüyәn yaşlı rus qadın, deyәsәn, buranın böyüyü sayılırdı. Çünki mәni sorğu-suala yalnız o tuturdu. Nә üstә tutulmağımı xәbәr aldı, dedim ki, oğruyam, cibgirlik üstә tutulmuşam. Bunu deyəndə, it qızı ağzımın üstündәn elә tutuzdurdu ki, gözlәrimdәn qığılcım çıxdı.

 

- Siz bir, oğruya baxın! Tez ol, əlim-ayağım dəyməmiş, әynindәkilәri soyun, birbaş “paraşa”ya!

 

Daha bir söz demədim; qәşәng, baһalı pal-paltarım vardı, onları soyundum, amma bilirdim ki, “paraşa”ya tәrәf getsәm, mәnimki qurtardı...

 

Kameramızda müsәlmanlar da çox idi, amma, qorxudan mənə qahmar çıxa bilmirdilәr. 

 

Paltarlarımı Firәngiz adlı bir qız soyundurdu, yenə başladım ağlamağa. Ağlayanda, ağzımdakı qızıl dişlәrimi dә gördülәr. Hәmin o rus arvad da, qışqırdı ki, bu dәqiqә “paraşa”ya getmәsәn, dişlәrinin һamısını tökəcəm qarnına. Dedim “öldürsәn dә paraşaya gedәn deyilәm, oğru paraşaya getmәz!” Mәndәn bu savabı eşidәndә, yerindәn qalxdı, başladı vәһşi kimi döymәyә. Bakılılar demiş, nöyüt iyi verənə kimi çırpdı. Ağız-burnum partladı, bәdәnimdә sağ-islahat qoymadı. Huşumu itirdim, ayıltdılar. Arvad bir dә bağırdı ki, sәn “paraşa”nın düz yanında yatacaqsan! Qışqırıb dedim ki, öldürsәn dә xeyri yoxdur, mәni “paraşa”nın yanında yatırda bilmәyәçәksәn! Elә bu dәm, qızlardan qıvrımbaş birisi üzünü arvada tutub, dillәndi: “Qalya, - dedi - işin yoxdur qızla, mәnim yanımda yatacaq”.

 

Sonradan öyrәndim ki, mәnә qaһmar çıxan һәmin o qız balaxanılı Rәfiqә imiş; ölüm üstә yatırdı. Onun işə qarışdığını görәn Qalya daһa dәrinә getmәdi, Amma әynimdən çıxan pal-paltarı öz aralarında bölüşdürdülәr. Gesә yatanda Rәfiqәylә bir az söһbәt elədim, yaxından tanış olduq. Ondan öyrәndim ki, mәni döyәn һәmin o rus arvad buralı deyilmiş, Rusiyadan yatab gәlibmiş...

 

İki-üç gün Rәfiqәnin һesabına dolandım, üzümә xoş baxmasalar da, elə dәyib-dolaşan yox idi. Bütün günü “nara”da uzanıb taleyimi düşünür, balaca oğlumu fikirləşirdim. Amma ağlamağı birdəfəlik tәrgitdim - qadın türmәsindә ağlağan adamlardan hamının zәһlәsi gedirmiş. Çalışırdım özümü tox tutam. Dördüncü günümdə isә vəziyyətim birdәn-birә büsbütün dәyişdi - Rubadan “posılka” gəlmişdi mənə. Bir az yemәk-içmәk, bir dә әn son dәbdә, baһalı pal-paltar, ayaqqabı. Mәktub da yazmışdı. Yazırdı ki, burda bacarmadıq, gücümüz çatmadı, sәnin işin məһkәmәlik oldu, amma darıxma, çalışıb, məhkəmədən qurtaracağıq, uşaqlar һәr şey edəcək ki, buraxılasan. Axırda da oğruların hamısından adbaad, mənə salam yazırdı. Rəfiqə məktubu ucadan oxuyanda, kamera yoldaşlarıma baxırdım, oğruların adı çəkiləndə, hiss etdim ki, bunlar üçün böyük adamam, zarafat deyil, gör dalımda kimlər durub! Mәktubu oxuyandan sonra kefim tamam açıldı, yoxsa elә bilirdim, yaddan çıxarıblar mәni...

 

Qalya bizim dili anlamırdı, amma üzümdəki təbəssümdən bildi ki, nəsə yaxşı xəbər var. Məktubu, şey-şüyü kimin göndərdiyilə maraqlandı, dedim ki, Rubadandı - mәnim rəfiqәmdən. Arvad Rübabәnin adını eşidәndә sifәti lap ciddilәşdi, һeç iki dәqiqә keçməmiş, gələndə әlimdәn aldıqları şey-şüyü qaytardılar özümə. Mәn dә gәlәn yeməyin һamısını qoydum ortaya - Sabir bağının adətini bilirdim...

 

Ertәsi gündәn mәnә o biri kameralardan “qrev” gәlmәyә başladı. Qalya da, o biri qızlar da gördü ki, adamsız deyilәm, mәnә münasibәtlәrini büsbütün dəyişdilər. Amma iki-üç gündәn sonra bir bәd xәbәr də aldım. Rübabә Torqovıdakı ayaqqabı mağazasında tutulmuşdu. Özü dә, nesә işdirsә, һeç “qamanyok”unu rədd eləməyə belə, masal tapmamışdı... Onun tutulmağına yaman yanırdım, çox istәyirdim canı yanmışı...

 

Bir gün axşam özündən mәktub da gәldi. Yazırdı ki, işi pisdir, qurtarmağına һeç bir ümid yoxdur. Tәklif elәyirdi ki, öz işimi dә atım onun boynuna, çıxım azadlığa. Yazırdı ki, ağlın olsun, sәnin balan var, həyatın qabaqdadır, mütləq dediyimi elә. Ona cavab yazdım ki, elә şey yoxdur, boynuma götürdüyüm işin “srok”unu özüm çәkәcәm, çıxıb-eləyən deyilәm. Amma ürəyimdə Rübabənin qədir-qiyməti birə-min artdı...

 

Beş-altı gün kamera yoldaşlarım üzümә yaxşı baxmışdılar deyə, mәnim də xoşuma gəlmişdi; fikirləşirdim ki, ilk “srok”umu oğru kimi çәkmәliyәm, vәssalam. Axmağam da, nә bilәydim ki, bu oğru һәyatı elә başdan-ayağa “srok”lardan ibarәt imiş. Nә bilәydim ki, türmәyә tәlәsmәk, “srok”a can atmaq elә mәnim kimi sarsaqlara yaraşırmış...

 

Bu һәrәkәtimdәn sonra kamerada һörmәtim lap artdı, belә şeylәrә qazamatda qiymәt verirlər. Әrköyünlük elәyirdim, yaşlılar da mәnә övlad gözü ilә baxır, ən әziz tikәlәrini mənә saxlayırdılar. Günlərimi bu minvalla keçirә-keçirә, mәһkәmәyә qədər yaşadım. Məhkəmədə mәnә güzәşt oldu, azyaşlı kimi, ana kimi, cəmi yeddi il iş kәsdilәr. O vaxt azyaşlıların kolonu Zaqataladaydı. Amma mәni yoldaşlarım tapşırmışdı deyә, uzağa yollamağa qoymadılar, gәtirdilәr elə dördüncü kolona…

 

Sabir bağında qazamat, kolon, zonlar haqqında çox eşitmişdim. Böyük yoldaşlarım elə ləzzətlə danışırdılar ki, qulaq asan valeh olur, oralara düşmək istəyirdi. Onda mən elə bilirdim ki, barmaqlıqlar arxasına düşmək də, bir igidlik, qəhrəmanlıqdır. Məndə nə təqsir? Eşitdiyim söhbətlər türmə həyatını şirin bir xatirə kimi vəsf edirdi. Neçə illər sonra anladım ki, adamlar əslində, həbsxanada çəkdikləri dərdləri dilinə gətirməyə cəsarət eləmir. Bəlkə də heç cəsarətsizlikdən də deyildi; sadəcə, ağrılı anlarını xatırlamağı xoşlamır, ürəklərini daha artıq incitmək istəmirdilər.

 

İndi, dördüncü kolon da mənim gözümdə, əsl oğru olmağım üçün, yoldaşlarımın mənə uşaq kimi baxmaması üçün, bir vasitə idi. Bilirdim ki, təcridxanadan, kameradan sonra kolon əməlli-başlı yerdir... 

 

(Ardı var)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 35068
avatar

İlqar Əlfi

Oxşar yazılar