Makronun arvadı vergi sistemində kişi çıxdı
26 oktyabr 2025 17:55 (UTC +04:00)

Makronun arvadı vergi sistemində kişi çıxdı

1

Makronun həyat yoldaşının vergi sistemində adı nə idi?

Fransada prezident Emmanuel Makronun həyat yoldaşı ilə bağlı yeni bir qalmaqal yaranıb. 

Lent.az-ın xarici mediaya istinadla bildirdiyinə görə, Bricit Makronun səhvən, çox güman ki, qəsdən ölkənin vergi sistemində kişi kimi qeyd edildiyi ortaya çıxıb.

Hadisə 2024-cü ildə, birinci xanım vergi xidmətinin rəsmi veb saytında şəxsi hesabına daxil olmağa çalışarkən sistemdə onu "Jan-Mişel, yəni Bricir Makron" kimi qeydiyyatdan keçirdiyini aşkar etdikdə baş verib.

Birinci xanımın aparat rəhbəri Tristan Brome BFMTV-də yayımlanan sənədli filmdə bunun proqram təminatında baş verən nasazlıq deyil, qəsdən müdaxilə olduğunu bildirib.

Məlumatların dəyişdirilməsini aşkar etdikdən sonra Bricit Makron rəsmi şikayət ərizəsi təqdim edib və səlahiyyətlilər araşdırmaya başlayıblar. İstintaq kiberhücumda və verilənlər bazası məlumatlarının dəyişdirilməsində iştirak edə biləcək iki şübhəlini müəyyən edib.

Bu cür hallar Fransa prezidentinin həyat yoldaşı ətrafında uzun müddətdir davam edən şayiələrin üzərinə yanacaq əlavə edir. Artıq bir neçə ildir ki, o, guya kişi doğulduğuna dair absurd ittihamların hədəfi olub. Makron ailəsi bu şayiələri yayanlara qarşı dəfələrlə böhtan iddiaları qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 384

Oxşar yazılar