“Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq dünyaya gətirməlidir” - Deputat
01 oktyabr 2020 12:09 (UTC +04:00)

“Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq dünyaya gətirməlidir” - Deputat

“Seçkiqabağı keçirdiyim görüşlərin heç birində Qəbələdən olan seçicilərim məşğulluqla bağlı məsələ qaldırmadı. Onların hamısı uşaqpulu istəyirdi. Bu nə məntiqdir? Bir adam mənə demədi ki, iş ver. Hamısı deyirdi, mənə uşaqpulu ver”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz: “Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar