Bu gün səhər saatlarında "Jurnalistlərin binaları"nda elektrik enerjisinin təchizatı dayanıb.
Faktı təsdiq edən "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "APA-Economics"ə bildirib ki, kəsintiyə səbəb texniki qəzadır: "Səbail rayonu ərazisində "Azərişıq"a məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enerjisi təchizatı dayanıb.
Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisindəki "Jurnalistlərin binası"nın yaxınlığındadır. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".