“Azəriqaz”dan əhaliyə xəbərdarlıq – DƏLƏDUZLAR peyda olub
10 fevral 2020 17:31 (UTC +04:00)

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq – DƏLƏDUZLAR peyda olub

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub. Bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Bu barədə Lent.az-a “Azəriqaz”dan məlumat verilib.

Məlumatda qeyd olunub ki, dələduzlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar.

Daha sonra zərəçəkən abonentlər birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar: “Qazdan istifadə edən abonentlərin nəzərinə çatdırırıq ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur. Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar. Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir.

Bir daha bəyan edirik ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil. Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb etməklə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2634
avatar

Aygün İbrahimli

Oxşar yazılar