“8103”ə göndərilən SMS təxirə salına bilərmi? - RƏSMİ CAVAB
06 aprel 2020 11:10 (UTC +04:00)

“8103”ə göndərilən SMS təxirə salına bilərmi? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, aprel ayının 5-dən vətəndaşlar evdən çıxarkən “8103” nömrəsinə SMS göndərməklə gedəcəkləri yerə müvafiq olaraq 1, 2, 3, 4 rəqəmlərindən birini qeyd etməlidir.

 

Maraqlıdır, göndərilən sms təxirə salına bilərmi?

 

Bu barədə Lent.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, müvafiq kodlardan gün ərzində bir dəfə istifadə oluna bilər:

 

“Bu səbəbdən də bunu təxirə salmaq mümkün deyil”.

 

Xatırladaq ki, martın 31-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah həyati əhəmiyyətli fəaliyyət sahələrindən başqa digər işçilərin evdən çölə çıxmasını qadağan edib.

 

Həmçinin vətəndaşlar “8103” pulsuz sms nömrəsinə 2 saat və daha artıq müddətə təcili tibbi yardım, xəstəxanaya müraciət etmək üçün 1, gündə bir dəfə 2 saatlıq market və ya aptekdən alış-veriş etmək üçün 2, yaxın qohumunun dəfnində iştirak etmək üçün 3, gündə bir dəfə 30 dəqiqə olmaqla və yaşayış yerindən 200 metrlik radiusda gəzinti üçün 4 yazıb göndərməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar