Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup qardaş ölkəyə çatıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil olan ikinci yardım qrupu bu gündən yanğın baş verən ərazilərdə xidmətə başlayacaqlar.
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yollanıb və hazırda yanğın baş verən ərazilərdə xidmətlərini davam etdirirlər.