Xocalı dəhşətləri  Kolumbiya mətbuatında
23 fevral 2022 08:34 (UTC +04:00)

Xocalı dəhşətləri Kolumbiya mətbuatında

Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “LaOtraCara” və “Ola Politica” qəzetlərində tanınmış jurnalist Roberto Trobaxonun Xocalı sıyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı üçün ürəklərin fəryadı” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən Lent.az-a verilən məlumata görə, yazıda Ermənistan tərəfindən təcavüz və işğal məqsədilə Azərbaycana qarşı başladılmış müharibə zamanı 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı tarixdə misli görünməmiş xüsusi vəhşiliklə qətliam törədildiyi, bu zaman ərzində qadınlar, uşaqlar və yaşlılar da olmaqla yüzlərlə günahsız insanın öldürüldüyü, əsir götürüldüyü, ağır işgəncələrə məruz qoyulduğu və itkin düşdüyü məlumat verilir.

Müəllif insanlıq tarixinə ləkə salan və üzərindən 30 il müddət keçməsinə rəğmən insanların ürəyində silinməz iz qoyan bu dəhşətli cinayətin uzun müddət erməni liderləri tərəfindən riyakarcasına təkzib edildiyini, ancaq dünya ictimaiyyətinin bu hadisəni əsla unutmamalı və qətiyyən bu cinayətə biganə qalmamalı olduğunu bildirir.

Məqalədə həmçinin, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ən ağrılı təzahürlərindən biri olan Xocalı soyqırımı zamanı erməni silahlılarının törətdiyi amansızlıqların 1949-cu il Cenevrə Konvensiyası və digər beynəlxalq insan hüquqları paktlarını kobud şəkildə pozmaqla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də insanlıq əleyhinə cinayət kimi qiymətləndirildiyi, habelə bir sıra ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş sənədlərdə də soyqırımı kimi tanındığı qeyd olunur.

Sonda müəllif beynəlxalq ictimaiyyətə müraciət edərək Xocalı soyqırımı günahkarlarının, orada kütləvi insan qətliamı törətmiş erməni cinayətkarlarının öz layiqli cəzalarını almaları naminə daha qətiyyətli və tələbkar davranmağa çağırış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar