
Zakir Həsənov Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü - FOTO
İyunun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb.
Azərbaycana növbəti dəfə səfərindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.
Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Respublikası Quru Qoşunları komandanı ordu generalı S.Çolak Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35