"ADAM" təkzib etdi  - YENİLƏNİB
19 avqust 2013 22:04 (UTC +04:00)

"ADAM" təkzib etdi - YENİLƏNİB

 

Məsələyə "ADAM"-dan münasibəti öyrəndik. Qurumdan Rüfət Qaragözov Lent.az-a bunları  bildiridi: "Bu rəy sorğusunu müstəqil sosioloq - araşdırmaçı kimi mən, Rüfət Qaragözov aparmışam. Bu sorğunun keçirilməsi ilə Yadigar Məmmədli və onun rəhbərlik etdiyi Demokratik Jurnalistlər Liqasının,elecə də üzvü olduğu QHT Əməkdaşlıq Alyansının heç bir əlaqəsi yoxdur". 

***

18.54

“ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” mövzusunda sosioloji sorğunun nəticələri ictimaiyyətə açıqlanıb. Lent.az-ın məlumatına görə, sorğunun nəticələri avqustun 19-da keçirilən tədbirdə açıqlanıb. Tədbirdə həmçinin qeyd olunub ki, sorğu “Demokratik Jurnalistlər Liqası” təşkilatının həyata keçirdiyi “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində keçirilib. Məsələ ilə bağlı Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, DJL belə bir sorğu keçirməyib və DJL adından cəmiyyətə açıqlanan nəticələr real faktlara söykənmir, saxtadır.

 

“DJL QHT Əməkdaşlıq Alyansında təmsil olunur və DJL-nin rəhbəri Şuranın üç həmsədrindən biridir. Alyans ötən ilin oktyabrından etibarən bu il ölkəmizdə baş tutacaq  prezident seçkiləri ilə bağlı tədbirlər keçirir. Tədbirlər çərçivəsində Liqa tərəfindən monitorinqlər də həyata keçirilib. Siyasi partiyaların imkanları, seçki mühiti ilə bağlı keçirilən monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanıb. DJL QHT Əməkdaşlıq Alyansı tərəfindən keçirilən monitorinqləri dəstəkləyir”.

 

Y. Məmmədlinin yaydığı bəyanatda o da qeyd olunur ki, həmin monitorinqlərin nəticəsində bəlli olub ki, Yeni Azərbaycan Partiyasının reytinqi və resursları digər partiyalardan dəfələrlə üstündür.

 

“ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş sorğuda DJL-nin və QHT Əməkdaşlıq Alyansının adlarının hallandırılması qeyd olunan təşkilatlara qarşı bir qərəzdir. İstər DJL, istərsə də QHT Əməkdaşlıq Təşkilatı “ADAM” sosioloji xidmətin keçirdiyi sorğunun nəticələrini qətiyyətlə rədd edir. “ADAM” sosioloji xidməti əgər təkzib etməsə ki, bu sorğunun DJL və QHT Əməkdaşlıq Təşkilatına heç bir aidiyyatı yoxdur, o zaman bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq” - deyə, bəyanatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar