ÜAK-ın qurultayının vaxtı açıqlanıb
05 dekabr 2016 15:07 (UTC +04:00)

ÜAK-ın qurultayının vaxtı açıqlanıb

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayının vaxtı məlum olub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ÜAK-ın növbəti qurultayı dekabrın 28-də Moskvada keçiriləcək.
 

Qurultayda Azərbaycan və Rusiyadan yüksək vəzifəli dövlət adamlarının iştirakı gözlənilir. Qurultayda təşkilatın prezidenti seçiləcək. 
 

Qeyd edək ki, Ümumrusiya Azərbaycan Konqresinin III qurultayı 2011-ci ilin noyabrın 25-də keçirilib. ÜAK-ın hazırkı prezidenti Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Məmmədbağır Əliyevdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

APA Baycan

Oxşar yazılar