Prezident İlham Əliyev siyasi partiyalarla bağlı sərəncam imzaladı
04 aprel 2015 15:57 (UTC +04:00)

Prezident İlham Əliyev siyasi partiyalarla bağlı sərəncam imzaladı

 

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 6 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.


Lent.az-ın məlumatına görə, sərəncamda Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib hökumətə məlumat verəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar