Səfirimiz etimadnaməsini Qətər Əmirinin müavininə təqdim edib
13 aprel 2018 15:58 (UTC +04:00)

Səfirimiz etimadnaməsini Qətər Əmirinin müavininə təqdim edib

12 aprel 2018-ci il tarixində səfir Rəşad İsmayılov etimadnaməsini Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Taniyə təqdim edib.

 

Şeyx Abdullah bin Həməd Al Tani ilə keçirilmiş görüş zamanı səfir R.İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını Əmirin müavininə çatdıraraq,  ona tapşırılmış məsuliyyətli vəzifəyə uyğun olaraq Azərbaycan - Qətər Əməkdaşlığının yüksələn xətlə inkişafı üçün çalışacağını bildirdi.

 

Səfir son illər ərzində dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini qeyd  edərək, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlığın olduğunu bildirdi.

 

Səfir Qətərin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürüldüyünü qeyd edən səfir, 2018-ci ilin noyabr ayında keçiriləcək səsvermədə Qətərin dəstəyinə ümid etdiyimizi əlavə etmişdir.

 

Şeyx Abdullah bin Həməd Al Tani ilk öncə Azərbaycan Respublikasının Prezidentinə salamlarını çatdırdı və Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbə münasibətilə təbrik etdi.                .

 

O, Azərbaycan-Qətər münasibətlərinin xüsusilə, son illər ərzində yüksələn xətt üzrə inkişafının əhəmiyyətindən danışaraq, mövcud əlaqələri daha yüksək səviyyəyə çatdırmaqda maraqlı olduqlarını bildirdi. O, Azərbaycana gedən qətərli turistlərin Azərbaycandan böyük təəssüratla qayıtdığını bildirərək, ölkəmiz haqqında xoş sözlər eşitməkdən məmnun olduqlarını və Azərbaycana daha çox qətərli turistin gedəcəyinə inandıqlarını ifadə etdi.

 

Şeyx Abdullah bin Həməd Al Tani sonda bir daha səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

# 264
avatar

Oxşar yazılar

"Ermənistanın başqa şansı yoxdur"

"Ermənistanın başqa şansı yoxdur"

25 fevral 2024 , 16:16
Prezident İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Ərdoğanı təbrik etdi

25 fevral 2024 , 09:19
Kəlbəcər atəşə tutuldu

Kəlbəcər atəşə tutuldu

24 fevral 2024 , 16:06
Lənkəranlı molla İrana görə  həbs edildi

Lənkəranlı molla İrana görə həbs edildi

23 fevral 2024 , 16:50
NATO-nun  yeni baş katibi   ola bilər

NATO-nun yeni baş katibi ola bilər

22 fevral 2024 , 15:45
Bayden Putinə “it oğlu”  dedi

Bayden Putinə “it oğlu” dedi

22 fevral 2024 , 11:35
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü  başladı

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü başladı

19 fevral 2024 , 15:57
Azərbaycan Prezidenti Türkiyədə

Azərbaycan Prezidenti Türkiyədə

18 fevral 2024 , 23:31