Riçard Morningstar: “Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam”
24 iyul 2014 21:02 (UTC +04:00)

Riçard Morningstar: “Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam”

0

"Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam. Ötən iki il ərzində mənim etdiklərim və dediklərim bir məqsəd güdüb. Azərbaycan demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək".


 

APA- nın xəbərinə görə, bu sözləri ABŞ - ın ölkəmizdəki səfiri Riçard Morningstar səlahiyyətlərinin bitməsi münasibətilə keçirilən vida mərasimində çıxışı zamanı deyib.

 

O qeyd edib ki, o Azərbaycana 1995-ci ildən səfər edib və bir çox azərbaycanlıları özünə dost hesab edir: "Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm".

 

Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləyəcəyini bildirən səfir vurğulayıb ki, o Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi: "Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı hərbi əməliyyatlar dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin,  Azərbaycan  o vaxtdan  bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişilib. İndi  Bakı  iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlib və siz bununla fəxr etməlisiniz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar