Qoyun dərisinə girmiş topal Seyran
02 noyabr 2014 21:01 (UTC +04:00)

Qoyun dərisinə girmiş topal Seyran

Kütləvi informasiya vasitələrinin xəbər verdiyi kimi, Ermənistanın müdafiə naziri Seyran Ohanyan “münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması, snayperlərin geri çəkilməsi, diversiya fəaliyyətlərinə son qoyulması, təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasının vacibliyi” barədə növbəti populist bəyanat verib.

 

 

Erməni nazirə cavab olaraq Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib: “Tərəflər arasında etimad yalnız o zaman yarana bilər ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarını tamamilə və qeyd-şərtsiz tərk etsin. Əks təqdirdə, nə qədər ki Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirir, heç bir etimaddan soz gedə bilməz”.

 

 

Tamamilə doğrudur. İşğalçılıq şəraitində etimad ola bilməz. Ermənilər özlərini bu fikrə hazırlamalıdırlar ki, onların silahlı birləşmələrinə nə vaxtsa Qarabağı birdəfəlik tərk etmək lazım gələcək və onlar maksimum nəyə ümid bağlaya bilərlər – bu, Azərbaycan Respublikasının tərkibində və onun yurisdiksiyası altında ikiicmalı muxtariyyət şəraitində yaşamaqdır. Sülh yalnız bu şərtlərdə mümkündür, hazırkı status-kvo isə müvəqqətidir. Ermənistan bu qaçılmazlığa könüllü tabe olarsa, buna qan tökmədən nail olmaq          mümkündür.

 

 

Buna həm də güc əməliyyatı nəticəsində nail olmaq mümkündür. Lakin onda ermənilər bu gün onlara təklif olunanı artıq ala bilməyəcəklər və onlar Ermənistan azərbaycanlılarının 1988-1989-cu illərdə zorakı deportasiya nəticəsində tərk etdikləri evlərdə və kəndlərdə yaşamağa başlamaq məcburiyyətində qalacaqlar. Necə deyərlər, Azərbaycan hərbçiləri ona görə qan tökməyəcəklər ki, sonda düşmənə ərazilərin azad olunması əməliyyatından əvvəlki təklifi bir də etsinlər.

Topal Seyranın populist bəyanatına qayıdaraq qeyd etmək lazımdır ki, snayperlər deyil, ordular geri çəkilməlidir. Həm də qüvvələrin təmas xəttinin arxasına yox, Ermənistan və Azərbaycan arasında beybəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin arxasına. O vaxtadək ki bu, baş verməyib, beynəlxalq hüquq terminologiyasında “təcavüz nəticəsində işğal” adlanan situasiya saxlanacaq. Belə situasiyada snayperlər də, diversiya fəaliyyətləri də, hətta düşməni öz sərhədlərinə geri çəkilməyə məcbur etmək məqsədi ilə onun mövqelərinə artilleriya zərbələri də lazımdır. İşğalın davam etməsi

şəraitində etimad tədbirlərinin möhkəmləndirilməsi haqında danışıqlar tamamilə absurddur.

 

“Xalq diplomatiyası” adını almış bütün addımlar necə absurd, zərərli və hətta cinayətkardır, çünki onların məqsədi işğalı uzatmaq və milyonlarla insanın qaçqın statusunda olmasıdır. Buna görə də bu qondarma “xalq (əslində antixalq) diplomatiyası”nın muzdlu bələdçiləri cəmiyyətdən təcrid olunmalı və məğlubiyyətçilik təbliğatı və “tənzimlənmədən barışıq” düsturu vasitəsilə cəmiyyətin beynini xarab etmək imkanından məhrum edilməlidirlər.

 

Azərtac

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1721
avatar

Oxşar yazılar