Türkiyənin Kocaeli Böyükşəhər bələdiyyəsinin təşkil etdiyi 10-cu Kocaeli Kitab Fuarı çərçivəsində millət vəkili, siyasi elmləri doktoru Qənirə Paşayeva “Türk dünyası problemlərinin çözümündə aydınların rolu” adlı konfrans verib. Lent.az xəbər verir ki, Kocaeli bölgəsinin rəsmilərinin, ziyalıların, KİV-in və QHT təmsilçilərinin və gənclərin iştirak etdiyi konfransda Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma “erməni soyqırımı” ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu bildirib və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd edib: “Biz inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı ziyarət edəcəyik”.
Millət vəkili çıxışında Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə də ətraflı məlumat verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. maraqlandıran suallarını cavablandırıb və onlara imzalı kitablarını hədiyyə edib.