Prezident Yunanıstan səfirini qəbul edib
02 iyul 2013 17:37 (UTC +04:00)

Prezident Yunanıstan səfirini qəbul edib

0

Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Lent. az-ın məlumatına görə, səfir İoannis Metaksasın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla Yunanıstan arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd edilib. Söhbət zamanı ölkələrimizin enerji, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, bu gün dövlət başçısı həmçinin, Belçikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luk Truyensini də diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar