Prezident xorvatiyalı həmkarına təbrik göndərib
24 iyun 2013 20:23 (UTC +04:00)

Prezident xorvatiyalı həmkarına təbrik göndərib

Prezident İlham Əliyev Xorvatiya prezidenti İvo Yosipoviçə təbrik məktubu göndərib.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

 

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim sülh və tərəqqi diləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar