<b>Prezident İlham Əliyev Putinə zəng edib </b>
07 may 2018 16:21 (UTC +04:00)

Prezident İlham Əliyev Putinə zəng edib

Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Vladimir Putini Rusiya prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, Rusiya prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

 

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlət başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.

 

Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.

 

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar