Prezident İlham Əliyev indoneziyalı qonaqları qəbul edib
20 dekabr 2012 15:57 (UTC +04:00)

Prezident İlham Əliyev indoneziyalı qonaqları qəbul edib

 

Prezident İlham Əliyev dekabrın 20-də İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycanla İndoneziya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurla inkişafından məmnunluğunu ifadə edib.

Dövlət başçısı BMT-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə ölkəmizin ədalətli mövqeyinə və Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçilərkən verdiyi dəstəyə görə İndoneziya hökumətinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

İ. Qusman ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, ticarət, mədəni və digər sahələrdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. Qonaq ölkələrimizin ayrı-ayrı şirkətləri arasında birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

 

# 478
avatar

Oxşar yazılar