Novruz Məmmədov: “Həmsədr ölkələr konkret addımlar ata bilmir” - <span style="color:red;">YENİLƏNİB
17 mart 2014 14:17 (UTC +04:00)

Novruz Məmmədov: “Həmsədr ölkələr konkret addımlar ata bilmir” - YENİLƏNİB

“Dağlıq Qarabağ münaqişəsinin həllinin hüquqi əsasları beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb”


 

“Azərbaycan regionda və beynəlxalq aləmdə sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın apardığı siyasət ölkənin beynəlxalq aləmdə mövqeyini dəyişdirib. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə çevrilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın tarixində ən möhtəşəm hadisələrdəndir. Bu, Azərbaycanın nüfuzundan xəbər verir. Azərbaycanın əldə etdiyi uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırıb”.

 

APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, PA Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub. N. Məmmədov qeyd edib ki, Azərbaycanın, eləcə də regionun inkişafının qarşısında duran əsas maneə Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar