Milli Şuranın fövqəladə toplantısı başa çatıb. Lent.az-in əməkdaşının verdiyi məlumata görə, toplantıda bəzi qərarlar qəbul olunub. İlkin məlumata görə, avqustun 26-da növbəti sessiyasının keçirilməsi barədə razılıq əldə olunub. Müsavat başqanı İsa Qəmbər və KXCP sədri Mirmahmud Mirəlioğlu toplantıda qəbul olunmuş qərarlarla bağlı Eldar Namazovun açıqlama verəcəyini bildiriblər.
***
13:56
Milli Şuranın (MŞ) təsis edilməsində iştirak edən 6 siyasi qurumun rəhbəri Rüstəm İbrahimbəyovun İçərişəhərdəki ofisində toplaşıblar.
Musavat.com-un məlumatına görə, iclasda İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər, Əvəz Temirxan, Eldar Namazov iştirak edir.
Sayt yazır ki, toplantı MŞ-da yaranan çıxılmaz böhranı müzakirə etmək üçün keçirilir.
Toplantının Eldar Namazovun təşkilatçılığı ilə keçirildiyi, lakin təşəbbüsün İsa Qəmbərlə Əli Kərimlidən gəldiyi bildirilir. Müzakirələrin əsas mövzusu Milli Şuranın seçkilərdə iştiarak forması olacaq. Rüstəm İbrahimbəyovun da müzakirələrə telefonla qatılacağı gözlənilir.
Bu toplantının ardından isə “EL” Hərəkatının İdarə Heyətinin iclası olacaq.