Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər - Spiker məzuniyyətdədir
17 yanvar 2016 20:37 (UTC +04:00)

Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər - Spiker məzuniyyətdədir

Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər. Musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.

 

Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.

 

Məlumatı sabiq deputatların bir neçəsi musavat.com-a təsdiqləyib.

 

Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269

Oxşar yazılar