Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 02:14 (UTC +04:00)

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü

Xaçmaz rayonunun ərazisindən keçən Gəndob–Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki,  “Kamaz” markalı yük avtomobili idarəetməni itirərək daş hasara çırpılıb.

Qəza nəticəsində sürücü, 28 yaşlı Hüseyn Əzim-Sima ağır xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 262

Oxşar yazılar