Məmmədyarov Belçikaya gedib
Xarici işlər naziri Elmar Məmmədyarov Belçikaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, E. Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak edəcək.
Səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
411