Kəmaləddin Heydərov Əfqanıstan daxili işlər nazirini qəbul edib
09 iyul 2013 18:01 (UTC +04:00)

Kəmaləddin Heydərov Əfqanıstan daxili işlər nazirini qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstanın daxili işlər naziri, ordu generalı Qulam Mujtaba Patangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


 

Lent. az-ın FHN-in saytına istinadən məlumatına görə, görüş zamanı K. Heydərov FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Əfqanıstanın daxili işlər naziri isə iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayıb.

 

Görüşdə Əfqanıstanın müvafiq qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında gələcəkdə uzunmüddətli təhsil perspektivləri müzakirə olunub.

Görüşdən sonra nümayəndə heyəti Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662
avatar

Oxşar yazılar