
İran prezidentinin Ermənistan səfəri nədən xəbər verir?
APA.TV-nin “Manşet” verilişinin bügünkü mövzusu İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlıdır. Politoloq Elşad Mirbəşiroğlu mövzu ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.
- Ermənistanın işğalçılıq siyasətinin davamlı olmasında konkret olaraq İranın rolu böyükdür. İran nəfəs ala bilməyən Ermənistana oksigen kanalı vəzifəsini icra edir.
- Rusiya regionda özünün geosiyasi maraqlarını təmin etmək üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edir. Ermənistan tərəfindən Dağlıq Qarabağla bağlı sərgilənən mövqedə də Rusiyanın dəsti-xətti görünür. Aydındır ki, Sarkisyan hakimiyyətinin arxasında rəsmi Moskva dayanıb.
- Təbii ki, Sarksiyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı addımlarını atmamışdan əvvəl Rusiya ilə müzakirələr aparır. Ümumiyyətlə, post-sovet məkanında olan münaqişə vəziyyətlərindən Rusiya özünün maraqlarını təmin etmək üçün istifadə edir.
İran Rusiyanın siyasətinə dəstək verəcək bir mövqe nümayiş etdirir. Yəni, İranla Ermənistan arasında münasibətlərin strateji əməkdaşlıq səviyyəsində qalmasında da çox güman ki, Rusiyanın müəyyən təsirləri var. Çünki biz dəfələrlə görmüşük ki, İranla Rusiyanın bəzi məsələlərdə sıx əməkdaşlığı bir növ Ermənistana dəstəyə hesablanıb.
İqtisadiyyatı zəif olan Ermənistan Azərbaycana aid olan əraziləri kənardan dəstək olmadan bu qədər müddətə əsarət altında saxlaya bilməzdi. Bir sözlə, İranla Rusiyanın yaxın əməkdaşlığı Ermənistana imkan verir ki, işğalçılıq siyasətini davam etdirsin.
Suriyada, İraqda sıxışdırılan terrorçular və xüsusilə də erməni terror təşkilatının üzvləri Dağlıq Qarabağa gəlirlər. Dağlıq Qarabağın ərazisi nəzarətsiz ərazi olduğundan, orada çirkli pulların yuyulması, terrorçuların hazırlanması kimi cinayət hadisələri baş verməkdədir.
Dünyanın əksər nəzarətsiz ərazilərindən bu kimi məqsədlərə xidmət etmək üçün istifadə olunur. Təbii ki, bu, özü-özlüyündə olduqca ciddi problemlərdi. Bu, Azərbaycanın əraziləridir. Azərbaycan hələ ki, bu ərazilərə nəzarət etmir. Amma bu hal uzun çəkə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü terrorçuları zərərsizləşdirməklə bərpa edəcək.
Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30