İlham Əliyev Malayziyanın baş naziri ilə görüşüb
12 sentyabr 2014 11:42 (UTC +04:00)

İlham Əliyev Malayziyanın baş naziri ilə görüşüb

Prezident İlham Əliyevin Azərbaycana səfərə gələn Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakla təkbətək görüşü olub. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

 

Malayziya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.


Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar