Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də Münhendə Finlandiya prezidenti Sauli Niinistö ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan və Finlandiya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və ölkələrin bu əlaqələri daha da genişləndirməkdə maraqlı olduğu bildirilib. Qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Finlandiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyəti qeyd edilib, birgə müəssisələrin yaradılmasının önəmi diqqətə çatdırılıb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb.