Gürcüstandakı seçkilərin nəticələri və Azərbaycan
13 oktyabr 2016 19:11 (UTC +04:00)

Gürcüstandakı seçkilərin nəticələri və Azərbaycan

Hikmət Babaoğlu – millət vəkili
 
Bügünkü “Manşet”də “Gürcüstandakı seçkilərin nəticələri və Azərbaycan” mövzusu ilə bağlı millət vəkili Hikmət Baboğlu aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
Gürcüstanın qanunverici orqanına seçkilərdə 25 seçki subyekti, 19 partiya və 6 seçki bloku iştirak edib. 150 yerlik parlamentə 77 nəfər proporsional, 73 nəfər isə majoritar sistem əsasında seçilib.
 
Seçki yaxşı təşkil olunmuşdu. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim "Gürcü arzusu" partiyası səslərin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.
 
Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazanıblar. Ölkənin əsas ana müxalifəti sayılan Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.
 
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı - Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

APA TV

Oxşar yazılar