
Ermənilər özlərinə necə saxta tarix yaradırlar?
APA.TV-də yayımlanan “Manşet” verilişinin bugünkü efirində filoloq-tədqiqatçı Əjdər Tağıoğlu ermənilərin özlərinə necə yalançı tarix yaratmaları ilə bağlı aparıcı İlham Tumasın suallarına cavab verib.
Erməni tarixçilər Moisey Xorenatsini V əsrdə yaşamış "erməni tarixinin atası" adlandırırlar. Halbuki, Moisey Xorenatsinin "erməni tarixinin atası" olduğuna şahidlik edən nəinki başqa xalqlara, hətta ermənilərin özlərinə aid hər hansı bir yazılı mötəbər mənbə yoxdur. Əksinə, bəzi Avropa və erməni tarixçiləri Moisey Xorenatsini anonim keşiş müəllif olduğunu maddi sübutlarla tarixilik kontekstində sübuta yetirirlər.
Erməni tarixçiləri onların babaları ilə heç bir genetik qohumluğu olmayan babillilərin əfsanəsindən yaranmış mifik "Hayastan" toponimini erməni xalqının guya gerçək tarixdə mövcud olmuş "qədim dövləti" kimi qələmə verirlər. Rus çarının Qafqaz missoneri Şopenin də məqsədi çağdaş erməni xalqının "tarixini" qədim dövrə atmaq və türk tayfalarının babalarına məxsus torpaqları "erməniləşdirməkdi.
Görkəmli fransız şərqşünası A.Karrier 1891-ci ildə Parisdə nəşr etdirdiyi əsərində tarixi faktlara söykənərək yazırdı ki, Moisey Xorenatsi V əsrdə deyil, XIII əsrdə yaşayıb. Onun fikrincə, Mar Abas Katina ya uydurulmuş şəxsiyyətdir, ya da Moisey Xorenatsinin "psevdonimidir".
Milliyətcə erməni olan Aykazyan adlı başqa bir avropalı tarixçi də məsələni kəskin şəkildə qoyurdu. O, "Armeniya tarixi"nin I kitabının başdan-başa həsr edildiyi "erməni genelogiyası" barədə yazırdı: "İlk erməni nəsil tarixi şəxsiyyətlərdən deyil, uydurulmuş nağıllar əsasında tərtib edilmişdi. Movses Xorenatsinin özü V əsr tarixçisi deyil, VII əsrdə yaşamış saxta tarixçidir".
“Qədim ön Asiya və ön Qafqaz türk tayfaları” kitabında erməni və muzdlu ermənipərəsət tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzə qədər kilsə əfsanə və rəvayətlərə söykənərək “Böyük Ermənistan” uydurması ilə əlaqədar iddialar alt-üst edilir.
Oxşar yazılar

"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55
Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
14 avqust 2025 , 21:30ABŞ və Rusiya liderlərinin tarixi görüşləri - II Dünya Müharibəsindən bu günə nələr dəyişdi?
14 avqust 2025 , 20:15
Bəxtiyar Paşa Ordu Komandanı TƏYİN OLUNDU
14 avqust 2025 , 10:57
Tramp Vaşinqton görüşündən video paylaşdı - VİDEO
12 avqust 2025 , 22:31
Azərbaycan DİN MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirakdan imtina edib
12 avqust 2025 , 18:30