Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni SES tikiblər
13 iyul 2013 14:00 (UTC +04:00)

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni SES tikiblər

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində yeni su elektrik stansiyası (SES) inşa ediblər. APA-nın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu günlərdə Laçın rayonu ərazisində inşa edilmiş «Syünik-4» adlı kiçik SES işə salınıb.

 

«Netrino» Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş stansiyaya Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən 15 illik lisenziya verilib.

 

Qeyd edək ki, bu, işğal olunmuş Azərbaycan ərazilərində ermənilərin son illərdə inşa etdikləri səkkizinci kiçik SES-dir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar