Xarici işlər naziri Elmar Məmmədyarov 14 may tarixində Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda keçiriləcək 3-cü beynəlxalq nazirlər konfransında iştirak etmək məqsədilə Brüsselə yola düşüb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.