Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.
APA-nın məlumatına görə, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, 15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, deyə H.Hacıyev qeyd edib.