Elmar Məmmədyarov: “Sərsəng su anbarı fəlakət mənbəyinə çevrilib”
15 dekabr 2014 19:56 (UTC +04:00)

Elmar Məmmədyarov: “Sərsəng su anbarı fəlakət mənbəyinə çevrilib”

Azərbsaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsddən sudan məhrum edilməsi üzrə məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək, bildirib ki, ən böyük problem Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasıdır.

 

Nazir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktı aradan qaldırılmalıdır.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemlərdən danışan E. Məmmədyarov Sərsəng su anbarının humanitar, ekoloji və texnogen fəlakət mənbəyinə çevrildiyini vurğulayıb.

 

M. Markoviç isə bildirib ki, məruzənin əsas hədəfi Sərsəng su anbarı ilə Tərtər çayı və bunun yerli əhali üçün yaratdığı problemlər olacaq.

 

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar